Silk Way

Yerüstü xidmətlər

“Silk Way Business Aviation” Bakı, Gəncə, Naxçıvan, Lənkəran və Zaqatala şəhərlərinin hava limanlarında biznes aviasiya və çarter uçuşlarına, o cümlədən müntəzəm çarter proqramları əsasında yerinə yetirilən reyslərə yerüstü xidmət üzrə eksklüziv operatordur.

Öz avadanlığı və xüsusi hazırlıq keçmiş personalı olan şirkət yüksək keyfiyyətli xidmətlər təklif edir.
Əməliyyat mərkəzi həftənin 7 günü 24 saat ərzində işləyir. Peşəkar dispetçer günün istənilən saatında sorğunuza cavab verməyə hazırdır. Bizə müraciət etməklə yanacaq və bort qidasının sifarişi, mehmanxanaların təxsis edilməsi, ekipaj üçün nəqliyyatın təşkili və digər əlavə xidmətlərlə bağlı aeroportun ayrı-ayrı xidmətlərinə zəng etməyə ehtiyac olmayacaq – bütün bunları “Silk Way Business Aviation” şirkəti təmin edəcək.

Bort qidası
Biz təhlükəsizlik və keyfiyyət normalarına uyğun olaraq bort qidasını təyyarəyə vaxtında çatdırmaqla ən tələbkar müştəriləri belə razı sala bilərik.
Mehmanxananın təxsislənməsi
Agentlərimiz arzu edəcəyiniz müvafiq dərəcəli mehmanxananın seçilməsində və təxsislənməsində sizə yardım etməyə hazırdır.
İşgüzar aviasiya terminalı
2011-ci ilin mayında Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda işgüzar aviasiyanın eksklüziv terminalının açılışı oldu.

Terminalda VIP-sərnişinlər üçün zəruri olan bütöv infrastruktur mövcuddur:

  • ayrıca giriş yolu olan və mühafizə olunan avtodayanacaq maksimal rahatlıq, təhlükəsizlik və məxfiliyi təmin edir;
  • ən yeni aparatlarla təchiz edilmiş pasport və gömrük nəzarəti məntəqələri təcrübəli əməkdaşların səyi nəticəsində dəqiq və operativ işləyir;
  • müştərilərimizə  rüsumsuz (“duty-free”) mağaza xidmət göstərir;
  • rahat gözləmə və istirahət zallarında jurnalları vərəqləmək, son xəbərləri öyrənmək, qida qəbul etmək və bir fincan qəhvə içmək mümkündür;
  • iş adamları üçün faks, printer, kompyuter və beynəlxalq rabitə ilə təchiz olunmuş biznes mərkəzi;
  • VIP-müştərilər üçün ayrıca kabinetlər;
  • perronda sərnişinlərin daşınması üçün rahat nəqliyyat vasitələri.


VIP-terminalda uçuşdan əvvəlki və sonrakı bütün zəruri rəsmi prosedurları tez və rahatlıqla keçmək mümkündür.