Silk Way

Xəbərlər

Son xəbərlər

Novruz Bayramınız Mübarək!

19.03.2012
Bu günlərdə Bakıda (Azərbaycan) aviayükdaşımaların inkişafı üzrə dördüncü Beynəlxalq “Caspian Air Cargo Summit 2011” sammiti keçirilir.

Sammit iştirakçıları üçgünlük proqramda kommersiya və texniki yeniliklər sahəsini, MDB və Mərkəzi...

31.10.2011
Silk Vey Business Aviation” MMC-nin nümayəndələri altıncı Jet Expo 2011 Beynəlxalq işgüzar aviasiya sərgisində oldular

Jet Expo 2011 sərgisi altıncı dəfə keçirilir və bu müddət ərzində MDB ölkələri məkanında işgüzar aviasiynın ən mötəbər...

16.09.2011


Xəbər Arxivi
2015-ci ildə “Silk Way Business Aviation” şirkəti “Gulfstream” korporasiyasının ən yeni modeli olan “G650” təyyarəsini əldə edəcək.

01.06.2011

2015-ci ildə “Silk Way Business Aviation” şirkəti “Gulfstream” korporasiyasının ən yeni modeli olan “G650” təyyarəsini əldə edəcək. Ən uzun uçuş məsafəsini qət edən bu təyyarə daha geniş salona malikdir.
Təyyarənin təkmilləşdirilmiş aerodinamik dizaynı onun maksimal sürətini 0,925 maxayadək çatdırmağa imkan verməklə bu modeli mülki aviasiyanın ən sürətli hava gəmisinə çevirir. Təyyarə 15545 metr hündürlükdə uçmağa qadirdir, bu isə aviadəhlizlərdə əmələ gələn tıxaclardan və əlverişsiz havanın təsirindən qorunmağa imkan verir.

G-650 biznes-sinfin ən qabaritli, yüksək sürətli reaktiv təyyarəsi olaraq, biznes aviasiyanın əsl qızıl standartı olacaq.  Bu Gulfstream şirkətinin ən yaxşı gəmisi olmaqla  ənənəvi  biznes-cetlərdən fərqli olaraq ən uzaq məsafələrə daha tez çatacaqdır. G-650 təyyarəsi  imtiyazlı sərnişinlərinin rahatlığını bu kateqoriyadan olan digər təyyarələrlə müqayisədə daha yüksək səviyyədə təmin edəcəkdir.