Xəbərlər


Son xəbərlər
Bu günlərdə Bakıda (Azərbaycan) aviayükdaşımaların inkişafı üzrə dördüncü Beynəlxalq “Caspian Air Cargo Summit 2011” sammiti keçirilir.
Sammit iştirakçıları üçgünlük proqramda kommersiya və texniki yeniliklər sahəsini, MDB və Mərkəzi...
Silk Vey Business Aviation” MMC-nin nümayəndələri altıncı Jet Expo 2011 Beynəlxalq işgüzar aviasiya sərgisində oldular
Jet Expo 2011 sərgisi altıncı dəfə keçirilir və bu müddət ərzində MDB ölkələri məkanında işgüzar aviasiynın ən mötəbər...
Sammit iştirakçıları üçgünlük proqramda kommersiya və texniki yeniliklər sahəsini, MDB və Mərkəzi...

31.10.2011
Sammit iştirakçıları üçgünlük proqramda kommersiya və texniki yeniliklər sahəsini, MDB və Mərkəzi Asiya ölkələrində yük daşımaları bazarının xüsusiyyətləri, eləcə də Avropa və Asiya arasında aviadaşımalar sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Sammitin əsas məqsədi - aviadaşıyıcıların qarşılıqlı əməkdaşlığını möhkəmləndirmək, təcrübə mübadiləsi və aviabiznesin inkişaf mexanizminin effektivliyini işləyib hazırlamaqdır. Sammit iştirakçıları arasında dünyanın ən iri yük kompleksləri, hava limanları, və yük aviaşirkətlərinin – Azerbaijan Airlines, Coyne Airways, Silk Way, Cargolux, Boing Commercial Airplanes, Globalink Logistics Group, Ilyushin Aviation Complex, AirBridgeCargo, AirlinesBorispol Kiev Airport, Domodedovo Terminal Cargo, Dubai Cargo Village, SITA, TIACA - nümayəndələri iştirak etmişlər.
Jet Expo 2011 sərgisi altıncı dəfə keçirilir və bu müddət ərzində MDB ölkələri məkanında işgüzar aviasiynın ən mötəbər...

16.09.2011
“Silk Vey Business Aviation” MMC-nin nümayəndələri 2011-ci il sentyabr ayının 14-dən 16-a kimi “Vnukovo-3” ərazisində ən iri biznes aviasiya kompleksində keçirilən Jet Expo 2011 Beynəlxalq işgüzar aviasiya sərgisində iştirak ediblər. Jet Expo 2011 sərgisi altıncı dəfə keçirilir və bu müddət ərzində MDB ölkələri məkanında işgüzar aviasiynın ən mötəbər peşəkar forumlarından birinə çevrilərək analoji xarici sərgilərlə yanaşı Beynəlxalq nüfuz qazanmışdır. Bu biznes liderləri, hökumət nümayəndələri, aviatexnika istehsalçıları, aviaşirkətlər, ümumiyyətlə işgüzar aviasiyaya aidiyyatı olan bütün şəxslər üçün mühüm media hadisədir.
2015-ci ildə “Silk Way Business Aviation” şirkəti “Gulfstream” korporasiyasının ən yeni modeli olan “G650” təyyarəsini əldə edəcək.

01.06.2011
2015-ci ildə “Silk Way Business Aviation” şirkəti “Gulfstream” korporasiyasının ən yeni modeli olan “G650” təyyarəsini əldə edəcək. Ən uzun uçuş məsafəsini qət edən bu təyyarə daha geniş salona malikdir. Təyyarənin təkmilləşdirilmiş aerodinamik dizaynı onun maksimal sürətini 0,925 maxayadək çatdırmağa imkan verməklə bu modeli mülki aviasiyanın ən sürətli hava gəmisinə çevirir.











SW Business Aviation © 2011 | Bütün hüquqlar qorunulur.